Nazirlik Xırdalanda tikinti ilə bağlı ağacların aşmasını araşdırır

Xırdalanda qazıntı işləri zamanı aşan ağaclar

© APA | Xırdalanda qazıntı işləri zamanı aşan ağaclar

# 08 yanvar 2022 13:42 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündürmərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.

Bu barədə APA-ya ETSN-in mətbuat xidmətindən məlumat verilib. Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub: “Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR