Niyazi Bayramov Gəncə Ekoloji Park Kompleksində tikinti işləri ilə tanış olub - FOTO

Niyazi Bayramov Gəncə Ekoloji Park Kompleksində tikinti işləri ilə tanış olub - FOTO
# 31 yanvar 2023 17:20 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Ekoloji Park Kompleksində aparılan tikinti işləri ilə növbəti dəfə yerində tanış olub.

İH-dən APA-ya verilən məlumata görə, Gəncə şəhər, Əli Məmmədov küçəsində yeni Ekoloji Park Kompleksinin tikinti işləri surətlə davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə əraziyə baş çəkib, kompleksdə aparılan tikinti işlərinə baxış keçirib.

Layihənin müəllifi Ramiz Hüseynov şəhər rəhbərinə aparılan işlər barədə məlumat verib. O bildirib ki, hazırda, ümumi sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli oranjereya binasının inşası davam etdirilir. Binanın əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılır. Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdiriləcək. O cümlədən, kompleksdə əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar tikiləcək. Həmçinin, binanın ətrafında abadlıq və quruculuq işləri də aparılacaq. Layihə müəllifi onu da qeyd edib ki, buranı ziyarət edən qonaqlar, eyni zamanda Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsi ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Niyazi Bayramov Ekoloji Park Kompleksində aparılan işlərlə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR