Niyazi Bayramov Gəncə İdman Sarayında tikinti işləri ilə tanış olub  - FOTO

Niyazi Bayramov Gəncə İdman Sarayında tikinti işləri ilə tanış olub  - FOTO
# 01 iyul 2022 15:59 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişatı ilə tanış olub.

Gəncə İH-dən APA-ya verilən məlumata görə, şəhər icra başçısına məlumat verilib ki, Gəncə İdman Sarayında işlər sürətlə davam edir. Artıq Sarayın otaqlarının döşəmə hissəsinə beton örtük salınıb, havalandırma sistemlərinin quraşdırılması və müasir üsullarla kabelləşmə işləri aparılır. Bununla yanaşı, idmançıların və sakinlərin rahatlığını təmin etmək üçün Sarayın sağ girişində eskalatorun quraşdırılması da nəzərdə tutulub .

Niyazi Bayramov aparılan işlərlə tanış olub və aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, ikimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR