Niyazi Bayramov ifa müsabiqəsinə qatılacaq yeniyetmə ilə görüşüb - FOTO

Niyazi Bayramov ifa müsabiqəsinə qatılacaq yeniyetmə ilə görüşüb - FOTO
# 25 aprel 2022 14:35 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsində Gəncə şəhərini təmsil edəcək Fərid Qulamovla görüşüb.

Bu barədə APA-ya Gəncə İH-dən bildirilib.

Niyazi Bayramov Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin birinci kurs tələbəsi olan Qulamov Fərid Fuad oğlu ilə söhbət edərək, onun təhsili ilə maraqlanıb, ona gələcək yaradıcılıq fəlaiyyətində uğurlar arzulayıb.

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsinin zona birincisi olan Fərid Qulamov sabah Bakıya yola düşəcək.

Qeyd edək ki, Fərid Qulamov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsində ikinci yerə layiq görülüb. O, Gəncə şəhərində təşkil olunan bir çox mədəni-kütləvi tədbirlərdə də uğurla çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR