Niyazi Bayramov məktəblilərlə birgə Mir Cəlalın ev-muzeyini ziyarət edib - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət edib

© APA | Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət edib

# 05 yanvar 2022 18:51 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət edib.

Gəncə İH-dən APA-ya verilən məlumata görə, muzeyin direktoru İradə Paşayeva görkəmli yazıçı, şair, dramaturq, tənqidçi, tərcüməçi və ədəbiyyatşünas M.C. Paşayevin həyat və yaradıcılığından bəhs edərək, ətraflı məlumat verib.

Daha sonra muzeyin məktəbli ziyarətçiləri ilə səmimi söhbət edən şəhər başçısı onlara dərslərində müvəffəqiyyətlər və uğurlar arzulayıb. Şagirdlər görkəmli elm xadimi M.C.Paşayev haqqında bildiklərini danışıb, şeirlər səsləndirib, musiqi ifa ediblər.

Bununla yanaşı, Niyazi Bayramov muzeydə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova ilə görüşüb. Görüşdə Niyazi Bayramov qeyd edib ki, Gəncə hər zaman Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və digər görkəmli yazarları ilə seçilib. Şəhər rəhbəri AYB-in Gəncə Bölməsinin sədrinə və əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xəzangül Hüseynova söz adamlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərinə öz minnətdarlığını bildirib.

Sonda ziyarətçilər xatirə fotosu çəkdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR