Niyazi Bayramov sakinlərlə görüşüb

Niyazi Bayramov sakinlərlə görüşüb
# 08 sentyabr 2022 17:11 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb.

İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, görüşdə Millət vəkili Müşfiq Cəfərov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin nümayəndələri, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

“Açıq mikrofon” şəraitində keçən, qazi və şəhid ailələri üzvlərinin də qatıldığı qəbulda vətəndaşlar tək-tək çıxış edərək, öz müraciət və təkliflərini dilə gətiriblər.

Müraciətlər arasında işlə təminat, müalicə üçün köməkliyin göstərilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.

Dinlənilən bu və digər məzmunlu müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata görütülüb.

Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR