Niyazi Bayramov sakinlərlə səyyar görüş keçirib - FOTO

Niyazi Bayramov sakinlərlə səyyar görüş keçirib - FOTO
# 17 avqust 2022 16:22 (UTC +04:00)

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi olaraq vətəndaşlarla səyyar və fərdi görüşlər keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə Azərbaycan Texnologiya Universitetində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, açıq hava şəraitində keçirilən görüşdə millət vəkili Pərvin Kərimzadə, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, İcra Hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib. Niyazi Bayramov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələlər yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR