Niyazi Bayramov uşaqlarla görüşüb - FOTO

Niyazi Bayramov uşaqlarla görüşüb - FOTO
# 16 noyabr 2022 11:59 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbirlərdə fəal iştirak edən uşaqlarla görüşüb.

Bu barədə APA-ya Gəncə İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, 8 Noyabr- Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri və “Xəmsə” Uşaq Rəqs Ansamblının üzvləri aktiv iştirak ediblər. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onlarla görüşüb və səmimi söhbət aparıb. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafına xüsusi diqqət göstərilir. Bununla yanaşı, uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün zəruri tədbirlər görülür. Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində də bu istiqamətdə görülən işləri müsbət qarşılayan şəhər rəhbəri uşaqlara gələcək nailiyyətlərində uğurlar arzulayıb.

UGİM-in bədii rəhbəri Məhəbbət Ağayeva və “Xəmsə” Uşaq Rəqs Ansamblının bədii rəhbəri Sənan Cavadov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra Niyazi Bayramov Gəncə şəhərinin ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə, həmçinin 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ümumşəhər tədbirlərində fəal iştiraka görə Məhəbbət Ağayevanı, Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” Uşaq Rəqs Ansamblını, Ulduz Nəbilinı, Zülfiyyə Ələkbərovanı, Zəhra Cəfərlini və Səma Orucovanı “Təşəkkürnamə” ilə təltif edib. Eyni zamanda, görüşdə iştirak edən bütün uşaqlara maraqlı kitablar və müxtəlif hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR