NK: Milli minatəmizləmə bacarıqlarını və potensialı artırmağa davam edirik

NK: Milli minatəmizləmə bacarıqlarını və potensialı artırmağa davam edirik
# 17 noyabr 2022 11:08 (UTC +04:00)

“ANAMA-nın təşəbbüsü ilə böyük institusional islahatlar həyata keçirilib. Büdcədə 20 dəfə artım edilib. İnsan və texnika gücü artırılıb”.

APA xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat Rəhbəri Rüfət Məmmədov “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ANAMA-dan başqa FHN, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti də öz resurslarını humanitar minatəmizləmə əməliyyatları üçün səfərbər ediblər:

"Biz milli minatəmizləmə bacarıqlarımızı və potensialımızı artırmağa davam edirik. Bütün bu işlər dövlət büdcəsi hesabına həyata keçirilir. Təəssüf ki, beynəlxalq təşkilatlar Azərbaycanı maliyyələşdirmə məsələsindən uzaq dururlar. Bu gün Azərbaycan dünyada minadan ən çox çirklənmiş ölkələrdən biridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR