Notariuslarda çirkli pulların leqallaşdırılmasının qarşısının alınması mexanizmi müəyyənləşib

Notariuslarda çirkli pulların leqallaşdırılmasının qarşısının alınması mexanizmi müəyyənləşib
# 17 iyul 2019 14:15 (UTC +04:00)

Azərbaycanda notariat ofislərində çirkli pulların leqallaşdırılmasının qarşısının alınması üçün mexanizm müəyyən edilib.

APA-nın məlumatına görə, bu, Ədliyyə Nazirliyi Kollegiyasının “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nda etdiyi dəyişikliklərdə əksini tapıb.

Beləliklə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun ( PL/TMM qanunu) tələblərinə nəzarətin həyata keçirilməsi üzrə aşağıdakılar müəyyən edilməlidir:

- Daşınmaz əmlakın alqı-satqısı, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması, müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar, hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlə pul vəsaitlərinin toplanmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar notariat hərəkətləri aparılarkən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin həyata keçirilməsi ilə bağlı görülən işlərlə əlaqədar:

- müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi, verifikasiyası:

- təqdim edilmiş fiziki şəxsin şəxsiyyətini, hüquqi şəxsin hüquq qabiliyyətini və nümayəndənin səlahiyyətini təsdiq edən sənəd və məlumatların araşdırılması və həqiqiliyinin müəyyən edilməsi;

- əldə olunmuş eyniləşdirmə məlumatlarının verifikasiyası - informasiya sistemləri vasitəsilə üzləşdirilməsi, yoxlanılması və təsdiq edilməsi (fiziki şəxsin doğum tarixinin, yaşayış yerinin, hüquqi şəxsin dövlət reyestrinə daxil edilən məlumatların dəqiqləşdirilməsi və s.);

Yüksək riskli əməliyyatlara dair görülən əlavə eyniləşdirmə tədbirləri:

- hesabların və işgüzar əlaqələrin yoxlanılması və ya digər üsullarla əməliyyatların həyata keçirilməsi məqsədinin və əməliyyatın mahiyyətinin aydınlaşdırılması;

- hüquqi şəxs olan müştərinin səhmdarlarının və onların iştirak paylarının öyrənilməsi;

- digər etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar mülkiyyətçi və əgər mümkündürsə, pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi barədə daha dəqiq məlumatların əldə edilməsi və üzləşdirilməsi ilə bağlı görülən işlər;

- əməliyyatın tərəflərini eyniləşdirmək mümkün olmadıqda və ya müştəri və ya benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının verilməsindən imtina edildikdə, habelə müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim olunmuş eyniləşdimə məlumatlarının doğru olmadığı aşkarlandıqda, notariat hərəkətləri aparılmadan maliyyə monitorinqi orqanına bu barədə məlumat verilməsi;

PL/TMM qanununun 7-ci maddəsində (monitorinq olunmalı pul vəsaitləri və ya digər əmlakla əməliyyatlar) müəyyən edilmiş halların aşkar edilməsi:

- notariat hərəkətinin aparılması ilə əlaqəsi olmayan şəxsin ödəniş etməsi və ya alqı-satqı məbləğinin üçüncü şəxsin hesabına daxil edilməsi barədə xahişlər;

- müqavilə predmeti olan əmlakın qiymətinin faktiki bazar qiymətindən əhəmiyyətli dərəcədə fərqlənməsi (daha az və ya çox) (əmlakın açıq hərracdan satılması halı istisna olmaqla);

- satılmış əmlakın qısa müddətdə əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənən qiymət üzrə yenidən birbaşa və ya dolayı yolla satıcıya keçməsi;

- şəxsin öz adından fəaliyyət göstərməsinin şübhə doğurması, eləcə də müştərinin notariusa pulların yuyulması ilə bağlı hər hansı təkliflə müraciət etməsi;

- xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla bağlı əməliyyatların olması;

- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində müraciətin olması;

- cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin vətəndaşları tərəfindən və ya onlar barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı pul köçürmələri üzrə əməliyyatların təyinatının, mahiyyətinin aydınlaşdırılması;

- eyniləşdirmə və verifikasiya zamanı əldə olunmuş sənədlərin daxil olan sənədlərin qeydə alınması kitabında qeyd edilməsi, habelə bununla bağlı digər sənədlərin nomenklatura uyğun olaraq yerləşdirilməsi, məlumat daşıyıcılarında və ya elektron formada saxlanılması;

- eyniləşdirmə və verifikasiya zamanı əldə olunmuş sənədlərin (fiziki şəxsin şəxsiyyətini və səlahiyyətini müəyyən edən sənədin, hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin, daşınmaz əmlakın hüquqmüəyyənedici sənədinin), pul vəsaitləri və ya digər əməliyyatlara dair sənədlərin, habelə əməliyyatın növündən asılı olaraq təqdim olunmuş digər eyniləşdirmə sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətinin azı beş il saxlanılması;

- PL/TMM qanununda nəzərdə tutulmuş hallarda və qaydada məlumatların maliyyə monitorinqi orqanına ötürülməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR