Növbəti mərhələdə hansı müəllimlərin sertifikasiyadan keçəcəyi bilinib

Növbəti mərhələdə hansı müəllimlərin sertifikasiyadan keçəcəyi bilinib
# 27 iyul 2022 12:23 (UTC +04:00)

Növbəti mərhələdə yəqin ki, buraxılış fənn müəllimləri, daha sonra təbiət fənnini tədris edən müəllimləri sertifikasiyaya cəlb ediləcək.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirilən brifinqdə deyib.

O qeyd edib ki, ilkin mərhələdə hələ ki ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb ediləcək:

“Müşahidələr göstərir ki, ibtidai sinifdə müəllimləri zəif olan şagirdlər yuxarı siniflərdə oxumağa hazır olmurlar. Repetitorlar isə sadəcə yaxşı oxumuş şagirdlərin nəticəsini daha da yaxşılaşdırırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR