Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB

Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB
# 09 may 2022 17:15 (UTC +04:00)

Oğuz sakinin dağlıq-meşəlik ərazidə odun hazırlayan zaman öldüyü məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Dağlar Həmidovun meyiti kənd sakinləri və rayon hüquq-mühafizə orqan əməkdaşlarının köməkliyi ilə ərazidən götürülüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomoya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

İlkin araşdırma zamanı məlum olub ki, eşitmə və nitq qüsuru olan Dağlar Həmidov dağlıq-meşəli əraziyə odun hazırlamaq üçün gedib. Odun kəsən zaman ağac budağı onun baş nahiyəsinə dəyib. Nəticədə Dağlar Həmidov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

***

15:45

Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxal kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidov dağda ölü vəziyyətdə aşkarlanıb. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin dağlıq ərazidən götürülməsi istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR