Oğuzda "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminar keçirilib

Oğuzda "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminar keçirilib

© APA | Oğuzda "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminar keçirilib

# 18 iyul 2022 11:09 (UTC +04:00)

16-18 iyul tarixlərində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə və təşkilati dəstəyi, Oğuz şəhəri "Cümə" məscidi dini icmasının təşkilatçılığı ilə Oğuz rayonunda bir sıra mətbuat nümayəndələri üçün "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminar keçirilib.

APA xəbər verir ki, seminarın birinci günündə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun Himayəçilik Şurasının üzvü, "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, "Olaylar" İnformasiya Agentliyinin və qəzetinin rəhbəri, yazıçı Yunus Oğuz və Oğuz şəhəri "Cümə" məscidi dini icmasının sədri Şövkət Cəlilovun çıxışları dinlənilib. Daha sonra Fondun sifarişi ilə hazırlanan "Heydər Əliyev: dəyərlərimizin xilaskarı" adlı sənədli film nümayiş olunub.

Tədbirin ikinci günündə iştirakçılar tərəfindən ekspertlərin məruzələri dinlənilib. Belə ki, "Hədəf" Şirkətlər Qrupunun rəhbəri, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq "Dəyərlər media və təhsil kontekstində", Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov "Media və dini dəyərlər", Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov "Media reallığı: fəlsəfi və siyasi məqamlar" mövzusunda məruzələrlə çıxış ediblər. Müzakirələrlə davam edən tədbirdə ekspertlər və mətbuat nümayəndələri arasında seminarın mövzusuna uyğun olaraq maraqlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Daha sonra iştirakçılar üçün Oğuz rayonunda yerləşən Tarix-diyarşünaslıq muzeyi, məscid, kilsə və sinaqoqlara ekskursiyalar təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR