Ölkə əhalisinin 2,3 milyon nəfərini gənclər təşkil edir

Ölkə əhalisinin 2,3 milyon nəfərini gənclər təşkil edir
# 28 sentyabr 2022 11:12 (UTC +04:00)

Ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. Bildirilib ki, gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,5 faizini qadınlar təşkil edir.

2021-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 81,6 min nəfər olub və bütövlükdə doğulan körpələrin 72,7 faizi gənc anaların payına düşüb.

Ötən il ölkədə nikaha daxil olanların 72,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 18,1 faiz, gənc qadınların xüsusi çəkisi isə 38,6 faiz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR