Ölkə ərazisində yağıntılar tədricən kəsilib - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılar tədricən kəsilib - FAKTİKİ HAVA
# 02 iyun 2023 23:11 (UTC +04:00)

İyunun 2-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib. Hazırda hava şəraiti sabit, əsasən yağmursuzdur.

APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 18-20 dərəcə isti olub.

Çaylarda əsasən mühüm dəyişiklik qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR