Ölkə üzrə 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Ölkə üzrə 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
# 03 oktyabr 2022 14:40 (UTC +04:00)

Oktyabrın 3-də 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, cari tədris ilində ölkə üzrə ümumilikdə 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR