Olqa Kulayeva: "Qlobal iqtisadiyyat və əmək bazarı pandemiyadan öncəki rəqəmlərə hələ də çatmayıb"

Olqa Kulayeva: "Qlobal iqtisadiyyat və əmək bazarı pandemiyadan öncəki rəqəmlərə hələ də çatmayıb"
# 20 iyun 2022 11:12 (UTC +04:00)

2019-cu ilin dekabr ayı ilə müqayisdə etsək qlobal səviyyədə işsizlik 3,8 faiz daha böyükdür.

APA xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Pfisinin direktoru Olqa Kulayeva Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetləri və nəticələrinin müəyyənləşdirilməsi üzrə keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu, 112 milyon itirilmiş iş yeri deməkdir.

"Qlobal iqtisadiyyat və əmək bazarı pandemiyadan öncəki rəqəmlərə hələ də gəlib çatmayıb. Layiqli Əmək üzrə Ölkə Proqramı bunun öhdəsindən gəlməkdə olduqca vacibdir" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR