Ombudsman: “Azad edilmiş ərazilərdə dağıdılmış qəbiristanlıqlara dair hesabat hazırlanacaq”

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 21 dekabr 2021 12:29 (UTC +04:00)

“Orada gördüklərimi, təəssüratımı sözlə ifadə etmək çox çətindir. Elə məzarlıqlar var ki, tamamilə məhv edilib və yeri şumlanıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış qəbiristanlıqlarda apardığı faktaraşdırıcı missiya barədə danışarkən deyib.

O bildirib ki, araşdırmaların nəticələri əsasında qısa zamanda hesabat hazırlanacaq: “Ağdamda, Zəngilanda və Füzulidə olduq. Məzar daşlarında güllə izləri gördük. Çox ağır bir mənzərə idi. Orada heç bir əxlaqa sığmayan işlər görülüb. Bunlar həm müharibə cinayətidir, həm də mənəvi dəyərlərə ziddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR