Ombudsman: "Azərbaycanın üzləşdiyi çətinliklərə dünya ictimaiyyəti göz yumdu”

Ombudsman: "Azərbaycanın üzləşdiyi çətinliklərə dünya ictimaiyyəti göz yumdu”
# 18 iyun 2022 12:01 (UTC +04:00)

"Ümumilikdə 30 il ərzində aqressiya, işğalçılıq siyasəti nəticəsində Azərbaycanın həm ölkə həm millət olaraq üzləşdiyi çətinliklərə dünya ictimaiyyəti göz yumdu, heç bir sərt reaksiya verilmədi və məhz bu cür faktlara göz yumulması və biganəliyin sərgilənməsi nəticə etibarı ilə belə halların indiki müasir dövrdə də təkrarlanmasına gətirib çıxartdı".

APA-nın xəbərinə görə, bunu IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusundakı paneldə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirib.

"Tarixdə müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı beynəlxalq tribunallar yaradılıb.

Genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsin qarşısına çıxarılması məsələsinin hansısa dövlətin siyasi maraqlarından asılı olmamalıdır, çünki bu birbaşa insan hüquq və azadlıqlarının aliliyi prinsipinə ziddir.

2 il ərzində ərzində Azərbaycan Ombudsmanı olaraq işğaldan azad olunmuş torpaqlarımıza çoxsaylı faktaraşdırıcı missiyalar həyata keçirdərək, ölkəmizə qarşı törədilmiş ekoloji cinayətlər, bu ərazilərin minalarla kəskin şəkildə çirkləndirilməsi, tarixi, mədəni və dini irsə qarşı vandalizm, eyni zamanda müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətləri, xüsusilə də bunun nəticəsi olaraq uşaqların qətlə yetirilməsi haqqında geniş hesabatlar hazırlayaraq dünya ictimaiyyətinə ünvanlamışam.

Biz çox istərdik ki, bu hesabatlar dünya ictimaiyyəti və aidiyyəti beynəlxalq qurumlar tərəfindən həssaslıqla incələnsin, öyrənilsin, araşdırılsın və gələcəkdə bu müharibə cinayətlərinin törətmiş olan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması zamanı, müvafiq məhkəmə prosesləri zamanı Azərbaycana qarşı törədilmiş olan bu cinayətlərin araşdırılması zamanı danılmaz sübut kimi istifadə olunsun", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR