Ombudsman: "Dövlət Şamaxıda baxımsız qalmış uşaqlara lazım olan bütün dəstəyi göstərir”

Ombudsman: "Dövlət Şamaxıda baxımsız qalmış uşaqlara lazım olan bütün dəstəyi göstərir”
# 20 yanvar 2022 11:41 (UTC +04:00)

“Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdiriliblər. Onlar Bakıya gətiriləndən dərhal sonra onlarla görüşmüşəm”.

APA-nın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva deyib.

Ombudsman dövlət tərəfindən onlara lazım olan bütün dəstəyin göstərildiyini bildirib: “Tibbi müayinələr aparılır, psixoloq dəstəyi göstərilir. Hesab edirəm ki, uşaqlar tez bir zamanda tam şəkildə bərpa olunacaqlar”.

Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan 5 azyaşlı uşağın görüntüləri yayılıb.

Məişət zorakılığı ilə üzləşdikləri müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR