Ombudsman mina xəritələri ilə bağlı çağırış edib

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 27 may 2022 15:43 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva minalarla bağlı beynəlxalq təşkilatlara çağırış edib.

Bu barədə APA-ya Ombudsman Aparatından xəbər verilib. Çağırışda deyilib ki, Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və işğal dövründə basdırdıqları minalar insanların həyat və sağlamlığı üçün potensial təhlükə olaraq qalmaqda davam edir:

"Bu gün daha bir Azərbaycan vətəndaşı - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ömərov Seyidağa Mirzağa oğlu işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Regionda sülh və təhlükəsizliyə ciddi maneə törədən bu kimi halları qətiyyətlə qınayır və bir daha beynəlxalq təşkilatları minaların dəqiq xəritələrinin verilməsi üçün Ermənistana qarşı əsaslı tədbirlər görməyə çağırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR