Ombudsman: Müharibə ilə bağlı əlilliyi olanlar üçün xüsusi təhsil proqramlarının hazırlansın

Ombudsman: Müharibə ilə bağlı əlilliyi olanlar üçün xüsusi təhsil proqramlarının hazırlansın
# 03 mart 2023 14:07 (UTC +04:00)

Ombudsman ali təhsilli və ya xüsusi qabiliyyətə malik müharibə ilə bağlı əlilliyi olan şəxslər üçün xüsusi təhsil proqramlarının hazırlanmasını təklif edib.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilib ki, ali təhsilli və ya xüsusi qabiliyyətə malik müharibə ilə bağlı əlilliyi olan şəxslərin xüsusi təhsil proqramları vasitəsilə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi onların əmək bazarında özlərinə uyğun yer tapmasına imkan verə bilər. Odur ki, belə proqramların hazırlanıb icra edilməsi müharibə əlilləri və veteranlarının cəmiyyətdə daha layiqli həyat sürmələrinə dəstək verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR