Ombudsman: “Qadın və cəzaçəkmə müəssisəsi bir-birinə zidd anlayışlardır”

Ombudsman: “Qadın və cəzaçəkmə müəssisəsi bir-birinə zidd anlayışlardır”
# 25 noyabr 2022 15:48 (UTC +04:00)

“Qadın və cəzaçəkmə müəssisəsi bir-birinə zidd anlayışlardır. Lakin qadınların burada peşə fəaliyyətlərinin sayı artırılıb”.

APA xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü çərçivəsində qadın məhkumların cəzaçəkmə müəssisəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qadın məhbusların cəza müddəti bitdikdən sonra cəmiyyətə yenidən adaptasiyası üçün zəruri şərait yaradılıb:

"Qadın məhbuslar burada müxtəlif peşələri öyrənir. Öyrəndikləri peşələr üzrə əl işlərini hazırlayırlar. Bu əl işlərinin satışı həyata keçirilir və satışdan əldə edilən gəlirlə qadınlar öz ailələrinə maddi dəstək də ola bilirlər. Düşünürəm ki, yaradılan bu şərait kifayət qədər humanist addımdır və bu qadın məhbusların özünü inkişafı üçün əhəmiyyətli rol oynayır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR