Ombudsman təsisatı Beynəlxalq İnformasiya Ombudsmanları Konfransının tam hüquqlu üzvü seçilib

Ombudsman təsisatı Beynəlxalq İnformasiya Ombudsmanları Konfransının tam hüquqlu üzvü seçilib
# 26 may 2023 18:21 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı Beynəlxalq İnformasiya Ombudsmanları Konfransının (International Conference of Information Commissioners) yeni tam hüquqlu üzvü seçilib.

Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib.

Qeyd olunub ki, informasiya əldə etmək hüququnun təmin olunması sahəsində böyük nüfuza sahib olan bu təşkilat ictimai məlumata çıxışın müdafiəsini və təşviqini həyata keçirmək məqsədilə informasiya ombudsmanlarını, habelə digər sahələrdə fəaliyyət göstərən ombudsmanları və digər qurumları özündə birləşdirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə Ombudsman Aparatında İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılıb. Şöbə qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmin olunması, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmə və monitorinqlərin həyata keçirilməsi, təhlillərin aparılması istiqamətlərində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR