Ombudsman: Tibb müəssisələrindən kənarda doğuşlara nəzarət gücləndirilməlidir

Ombudsman: Tibb müəssisələrindən kənarda doğuşlara nəzarət gücləndirilməlidir
# 03 mart 2023 14:06 (UTC +04:00)

Tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarət gücləndirilməlidir.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, belə faktlar əsasında erkən evliliklərin aşkarlanması üzrə zəruri tədbirlərin görülməsinə ehtiyac var.

Eyni zamanda sənəddə yetkinlik yaşına çatmayanlarla, xüsusilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərlə sosial iş institutunun mütərəqqi beynəlxalq təcrübə əsasında formalaşdırılması və bu işin xüsusiyyətləri nəzərə alınmaqla qanunvericiliyin, həmçinin insan alveri qurbanlarının, xüsusilə insan alverindən zərər çəkən uşaqların müəyyən edilməsi indikatorlarının, habelə insan alverinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin təşkili barədə metodik vəsaitlərin, eyni zamanda uşaq əməyi ilə mübarizəni gücləndirmək məqsədilə respublikanın bütün regionlarında monitorinqlərin həyata keçirilməsi, de-institutlaşma proqramı üzrə ailələrə qaytarılmış uşaqların vəziyyətinin öyrənilməsi sahəsində mövcud mexanizmlərin təkmilləşdirilməsi zəruri hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR