Ombudsmanın maaşı artırılır

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 20 iyun 2022 19:10 (UTC +04:00)

İnsan Hüquqları üzrə Müvəkkilin maaşı artırılır.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alır. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.

Dəyişikliyə əsasən, müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq. Eyni zamanda Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR