Ombudsmanın nümayəndələri Bakıda ana olmuş azyaşlı ilə görüş keçiriblər

Ombudsmanın nümayəndələri Bakıda ana olmuş azyaşlı ilə görüş keçiriblər
# 07 sentyabr 2022 14:18 (UTC +04:00)

13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.

Qurumdan APA-ya verilən xəbərə görə, Ombudsmanın tapşırığına əsasən, aparatın əməkdaşları, həmçinin psixoloq həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar.

Eyni zamanda, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR