Ombudsmanın nümayəndələri Suriyadan gətirilən qadın və uşaqlarla görüşüb

Ombudsmanın nümayəndələri Suriyadan gətirilən qadın və uşaqlarla görüşüb
# 26 noyabr 2022 15:26 (UTC +04:00)

Suriya və İraqdan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə repatriasiyası istiqamətində dövlət tərəfindən zəruri tədbirlər davam etdirilir.

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, 24 noyabr 2022-ci il tarixdə müvafiq dövlət qurumlarından ibarət nümayəndə heyətinin müşayiəti ilə 13-ü uşaq, 3-ü qadın olmaqla Suriyadan 16 nəfərin ölkəmizə repatriasiyası həyata keçirilib.

Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların vəziyyəti, psixoloji durumu ilə maraqlanıb, reabilitasiyası ilə bağlı tədbirlər barədə məlumat alıb, hüquqlarının təmini vəziyyətini öyrəniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR