“Ömürboyu öyrənmək” mexanizmi yaradılacaq

“Ömürboyu öyrənmək” mexanizmi yaradılacaq
# 22 iyul 2022 12:30 (UTC +04:00)

Əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 20222026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə və zəruri kvalifikasiyalar əldə etməsinə imkan verəcək.

Nəticədə, ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artacaq. Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR