Onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisi 45%-ə çatdırılacaq

Onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisi 45%-ə çatdırılacaq
# 22 iyul 2022 14:58 (UTC +04:00)

2026-cı ilədək onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisi 45%-ə çatdırılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, İcbari Tibbi Sığort üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisinin 45%-ə qaldılmasını təmin etməlidir.

Bu cür skrininqlərin aparılması ilə qeyri-infeksion xəstəliklərin qarşısının alınması əmsalı yüksəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR