Operativ Qərargah restoranların gecə 12-dən sonra işləməsi məsələsinə aydınlıq gətirib

Operativ Qərargah restoranların gecə 12-dən sonra işləməsi məsələsinə aydınlıq gətirib
# 28 dekabr 2021 17:41 (UTC +04:00)

“Restoranlarla bağlı olan məhdudiyyət bizdə gecə saat 12-yə qədərdir. Bəzi ölkələrdə isə bu qadağa saat 10-a qədərdir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, restoranlarda gecə 12-yə qədər olan məhdudiyyətin bu gün qorunub saxlanması daha məqsədəuyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR