Oqtay Əliyevin nəşi ailəsinə verilib, sənət yoldaşları onun mənzilinə yığışıb - YENİLƏNİB - FOTO

Oqtay Əliyevin nəşi ailəsinə verilib, sənət yoldaşları onun mənzilinə yığışıb - YENİLƏNİB  - FOTO
# 22 mart 2023 23:30 (UTC +04:00)

Qəza nəticəsində həyatını itirən Azərbaycanın mədəniyyət işçisi, rejissor Oqtay Əliyevin sənət yoldaşları yaşadığı binanın qarşısına toplaşıblar.

APA xəbər verir ki, tanışları sənətçi ilə vidalaşmaq üçün onun mənzilində olublar.

Qeyd edək ki, Oqtay Əliyevin öldüyü, Dilarə Əliyeva və Mehriban Zəkinin xəsarət aldığı qəza ilə bağlı cinayət işi başlanılıb.

Elşən Yəhyayev

***

Saat 22:59

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.

APA xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Oqtay Əliyev sabah Mehdiabadda babasının yanında dəfn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR