Orqan transplantasiyası ilə bağlı etika komissiyası yanvarda fəaliyyətə başlayacaq

orqan transplantasiyası

© APA | orqan transplantasiyası

# 30 dekabr 2021 16:47 (UTC +04:00)

2022-ci ilin yanvar ayında səhiyyə nazirinin əmri əsasında orqan transplantasiyası ilə bağlı etika komissiyası yaradılaraq fəaliyyətə başlayacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, etika komissiyası formalaşdırılarkən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 29.3-cü maddəsindəki şərtin (Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir) əsas prinsip kimi götürülməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR