Ötən ay KTM-ə 828 nəfər zəhərlənmə ilə bağlı müraciət edib, 5-i ölüb

Ötən ay KTM-ə 828 nəfər zəhərlənmə ilə bağlı müraciət edib, 5-i ölüb
# 04 noyabr 2022 10:15 (UTC +04:00)

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 828 nəfər müraciət edib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, onlardan 140 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 3-ü dəm qazından, 3-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 7-si allergik reaksiya, 2-si botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 2-sini ilan, 1-ni isə həşarat sancıb.

Zəhərlənən şəxslərin 62-si qadın, 50-si kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 2 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü qadın, 2-si kişidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR