Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
# 21 iyul 2022 09:59 (UTC +04:00)

2022-ci ilin iyun ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 124 min nəfərdən çox olub.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onların 19%-ni kişilər, 81%-ni isə qadınlar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR