Ötən il 15 ali məktəbdə monitorinq aparılıb

Elmar Mustafayev

© APA | Elmar Mustafayev

# 28 yanvar 2022 12:33 (UTC +04:00)

“Ötən il Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 15 ali təhsil müəssisəsində monitorinq keçirilib”.

APA-nın xəbərinə görə, bunu TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin müdiri Elmar Mustafayev bildirib.

O qeyd edib ki, bunlar Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Naxçıvan Universiteti, Odlar Yurdu Universiteti, Polis Akademiyası, Bakı Ali Neft Məktəbi, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki, Şamaxı, Quba, Cəlilabad, Ağcabədi filiallarıdır.

Ötən akkreditasiya qiymətləndirməsində sözügedən 15 təhsil müəssisəsinə 290 tövsiyyə verilib ki, monitorinqlər nəticəsində bu tövsiyyələrdən 165-inin tam, 72-sinin qismən, 53-ünün isə icra edilmədiyi məlum olub: "Monitorinqlər üçün məktublar ali məktəb rəhbərlərinə ünvanlanıb. Məktublara cavab olaraq ali təhsil müəssisələri tərəfindən görülmüş işlərə dair hesabatlar təqdim edilib. Daha sonra isə məsul şəxslərlə müsahibələr təşkil edilib və verifikasiya sənədləri toplanılıb. Prosedur sonunda Agentik tərəfindən yekun hesabatlar hazırlanıb. Bu monitorinqlər hər il keçiriləcək. Monitorinqlərin keçirilməsi akkreditasiya qaydalarında öz əksini tapıb.

Akkreditasiya qiymətləndirilmədən sonra ali məktəblər verilmiş tövsiyyələrə uyğun fəaliyyət planını hazırlayır, eyni zamanda, hər il görülən işlərə dair hesabatı TKTA-ya təqdim edir. Monitorinqlərin məqsədi 5 ildən bir formal yoxlama deyil, keyfiyyətin yüksəldilməsidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR