“5 ildən sonra narkotik istifadəçiləri əgər yenidən bu vasitələri qəbul etmirsə, narkotik istifadəçisi kimi qeydiyyatdan çıxarılır”.
APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsində “Narkomaniya ilə mübarizə" mövzusunda canlı yayımında Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.
O bildirib ki, 2020-ci ildə 2723 nəfər narkotik istifadəçisi kimi qeydiyyatdan çıxarılıb: “Rəsmi qeydiyyatda olan 33 788 narkotik istifadəçisindən 618 nəfəri qadındır”.