Ötən il göz xəstəlikləri ilə bağlı 37181 əməliyyat həyata keçirilib

Ötən il göz xəstəlikləri ilə bağlı 37181 əməliyyat həyata keçirilib
# 19 avqust 2019 14:14 (UTC +04:00)

2018-ci ilin sonuna olan məlumata görə, göz və gözün əlavə aparatının xəstəlikləri üzrə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 78529 nəfər olub.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 40534 nəfəri kişi, 37995 nəfəri qadın, 28234 nəfəri isə uşaqdır.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, görmə orqanlarında 37181 əməliyyat aparılıb. Əməliyyatlardan 730-u qlaukoma, 10487-si katarakta (mirvari suyu), 52-si enukleasiya ilə əlaqədar olub.

Məlumata əsasən, gözün buynuz qişasının transplantasiyası üzrə 12 əməliyyat həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR