Ötən il 60 mindən çox əlillik təyinatı aparılıb

ƏƏSMN

© APA | ƏƏSMN

# 07 yanvar 2022 11:36 (UTC +04:00)

“Əlilliyin qiymətləndirilməsi şəxslərin iştirakı olmadan dövlət tibb müəssisələrinin adsızlaşdırılmış göndərişi əsasında “Əlillik alt sistemi” üzərindən həyata keçirilir. 2021-ci ildə dövlət tibb müəssisələri tərəfindən 200 mindən çox göndəriş rəsmiləşdirilərək reyestrə daxil edilib”.

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, qiymətləndirmə nəticəsində ötən il ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublika üzrə 60 mindən çox əlillik təyinatı aparılıb. Bunların da təxminən 18 mini ilkin, 43 minə yaxını isə təkrar əlillik olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR