Ötən il Azərbaycanda 19 əxlaqsızlıq yuvası saxlanılması aşkarlanıb

Ötən il Azərbaycanda 19 əxlaqsızlıq yuvası saxlanılması aşkarlanıb
# 28 aprel 2022 16:22 (UTC +04:00)

Keçən il Azərbaycanda ictimai mənəviyyat əleyhinə olan hüquqaazidd əməllərlə bağlı 80 nəfər məsuliyyətə cəlb olunub.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, onlardan 56 nəfər fahişəliyə cəlb etmə və 19 əxlaqsızlıq yuvası saxlama, 5 pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayəti açkarlanaraq aidiyyəti şəxslər məsuliyyətə cəlb edilib.

O cümlədən daha 619 şəxs (qadın) haqqında inzibati tənbeh tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR