Ötən il bədxassəli şiş, vərəm və sifilis diaqnozu qoyulan gənclərin sayı açıqlanıb

Ötən il bədxassəli şiş, vərəm və sifilis diaqnozu qoyulan gənclərin sayı açıqlanıb
# 28 sentyabr 2022 14:00 (UTC +04:00)

Ötən il 14-29 yaşda olan 13 644 gәncə bәdxassәli şiş diaqnozu qoyulub.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib.

Qeyd olunub ki, onların 6437-sini kişilər, 7207-sini isə qadınlar təşkil edir.

2010-cu ildə isə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulanların sayı 7626 nəfər olub.

İlk dəfə vərəm diaqnozu qoyulan 14-29 yaşlı gənclərin sayı isə 2535 nəfər təşkil edib.

Kişilərin sayı 1680, qadınların sayı isə 855 olub.

Diaqnozu ilk dәfә qoyulmuş sifilislә xәstәlәnәnlәrin sayı 836 nəfər təşkil edib.14-17 yaşda sifilisə yoluxan 1 nəfərdir. 2015-ci ildə onların sayı 10 nəfər olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR