Ötən il insan alveri ilə məşğul olan 13 nəfər haqqında hökm çıxarılıb

Ötən il insan alveri ilə məşğul olan 13 nəfər haqqında hökm çıxarılıb
# 28 aprel 2022 16:25 (UTC +04:00)

Keçən il məhkəmələr tərəfindən insan alveri ilə bağlı haqqında ittiham hökmü çıxarılmış 13 nəfərdən 12-si 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 1 nəfərin cəzası himayəsində olan uşağı 14 yaşına çatanadək təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR