Ötən il palçıq vulkanları ətrafında 22 yeni seysmik stansiya quraşdırılıb

Ötən il palçıq vulkanları ətrafında 22 yeni seysmik stansiya quraşdırılıb
# 06 iyun 2023 13:19 (UTC +04:00)

2022-ci ildə palçıq vulkanları ətrafında 22 yeni seysmik stansiya quraşdırılıb.

APA xəbər verir ki, bunu Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII beynəlxalq konfransın panel iclasında Qurban Yetirmişli deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərir:

"Vulkanların dinamikasının öyrənilməsi, onların izlənilməsi və parametrlərinin müəyyən edilməsi üçün Abşeronda ilk dəfə olaraq vulkanlar ətrafında və Xəzəryanı stansiyalar arasında seyrəklik olan yerlərdə 22 seysmik stansiya quraşdırılıb. Həmin stansiyalar xarici valyuta hesabına alınıblar".

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR