Ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb

Ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb
# 20 yanvar 2023 16:56 (UTC +04:00)

Mahmudçala Ovçuluq Təsərrüfatında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ərazidə qanunsuz ov edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Biləsuvar rayon sakini Bəhruz Əhmədov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR