Övladlıq götürmək istəyən 31 nənə-babaya imtina cavabı verilib

Övladlıq götürmək istəyən 31 nənə-babaya imtina cavabı verilib
# 13 may 2022 11:47 (UTC +04:00)

2019-cu ilin noyabrın 1-dən bu günə kimi övladlığa götürmə ilə bağlı 643 vətəndaş Sosial Xidmətlər Agentliyinə müraciət edib.

APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev "Sosial saat"da deyib.

O bildirib ki, sistem yeni yarandığı üçün təkcə 2020-ci ildə 157 vətəndaş müraciət etmişdi.

"Bu gün müraciət edən vətəndaşlar daha maariflənmiş, qayğı niyyəti ilə gəlirlər" - deyə o qeyd edib.

Cavid Şahmalıyev deyib ki, 643 müraciətdən 101-i nənə-baba müraciəti olub:

“Onların 61-nə müsbət rəy, 31-nə isə imtina verilib”.

Departament rəhbəri əlavə edib ki, 2019-cu ilin 1 noyabrından sonra övladlığa verilən uşaqların geri qaytarılması halı qeydə alınmayıb:

“Lakin həmin tarixə qədər övladlığa verilmə ilə bağlı aparılan monitorinqlərin nəticəsi göstərir ki, bəzən vətəndaşlar övladlığa götürülmənin ləğvi ilə bağlı məhkəmələrə müraciət edirlər. Uşaqlar belə hallarda mərkəzə qaytarılır, onlara 2 ay müddətində reabilitasiya xidməti göstərilir və yenidən övladlığa verilməsi dəyərləndirilir”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR