“Özün Yarat” müsabiqəsinin mükafat mərasimi keçirilib - FOTO

“Özün Yarat” müsabiqəsinin mükafat mərasimi keçirilib  - FOTO
# 13 may 2022 12:02 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Azərbaycanın təkrar emal sahəsində səylərini dəstəkləmək üçün açıq havada “Özün Yarat” mükafat mərasimi keçirib.

APA xəbər verir ki, tədbirdə “Özün Yarat” müsabiqəsinin seçilmiş iştirakçıları əl işlərini nümayiş edilib və laureatlara qiymətli hədiyyələr verilib.

Qeyd edilib ki, tədbirin keçirilməsində məqsəd insanları tullantıların azaldılması və ətraf mühitin qorunması üçün atılan tullantılar üçün yaradıcı həll yolları axtarmağa sövq etməkdir.

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist çıxış ediblər.

Nazir müavini deyib ki, yediyimiz qida, nəfəs aldığımız hava, içdiyimiz su və iqlim şəraiti, planetimizi yaşamaq üçün əlverişli edən bütün bu amillər hamısı təbiətin bizə bəxş etdiyi nemətlərdir:

“Öz qayğımıza qalmaq üçün ilk növbədə təbiətə qayğı göstərməliyik”.

Peter Mixalko isə bildirib ki, sıfır tullantı və sıfır emissiya ilə dairəvi iqtisadiyyatın yaradılması Avropa İttifaqının Yaşıl Sazişinin əsas məqsədi və onun Avropanı 2050-ci ilə qədər dayanıqlı və iqlimə neytral etmək ambisiyasıdır:

“EU4Climate layihəsi Azərbaycandakı tərəfdaşlarımıza Aİ və ən yaxşı beynəlxalq təcrübə ilə Paris razılaşması üzrə öhdəliklərini yerinə yetirməkdə dəstək verir. Yaradıcılığı və bacarıqlılığı ilə canlı vətəndaş cəmiyyəti Paris məqsədlərinə çatmaqda, yəni iqtisadiyyatlarımızın və həyat tərzimizin transformasiyasını “aşağıdan yuxarıya” aparmağa kömək etməklə əsas rol oynayır. Bugünkü rəqabətdə təqdim olunan tullantıların azaldılması və təkrar emalı üçün böyük ideyalar və konsepsiyalar bizim daha geniş və daha səmərəli istifadə etməli olduğumuz bu potensialı nümayiş etdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR