Özünü binadan atan qadın və azyaşlı övladının vəziyyəti açıqlanıb

Özünü binadan atan qadın və azyaşlı övladının vəziyyəti açıqlanıb
# 19 iyul 2022 12:20 (UTC +04:00)

Bakının Yasamal rayonunda özünü binadan atan qadın və azyaşlı övladının vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Bildirilib ki, digər azyaşlı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib.

Xatırladaq ki, Yasamal rayonunda 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları - 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb. Hadisə nəticəsində Sara Abbasova ölüb. Ana və onun digər övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR