PA rəsmisi: “Vətən müharibəsi iştirakçılarının bəzisi QHT yaradaraq, onun statusundan istifadə etmək istəyir”

PA rəsmisi: “Vətən müharibəsi iştirakçılarının bəzisi QHT yaradaraq, onun statusundan istifadə etmək istəyir”
# 23 may 2022 13:57 (UTC +04:00)

“Vətən müharibəsi iştirakçılarının bəziləri QHT yaradaraq, onun statusundan istifadə etmək istəyir. “Vətən müharibəsindən sonra QHT yaratmaq istəyən şəhid ailələrinin nümayəndələrinin, müharibə iştirakçılarının sayı durmadan artır”.

APA xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Vüsal Quliyev bildirib ki, bu günə qədər bu yöndə 200-ə qədər QHT təsis edib, qeydiyyat üçün müraciət ediblər: “Düşünürəm ki, onları əhatəli araşdırdıb, sonra qeydiyyat prosesini həyata keçirmək lazımdır. Çünki böyük əksəriyyəti hələ qeydiyyata alınmadan reketçilik fəaliyyəti ilə məşğul olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR