Palata: Real sektora yönəldilmiş xərclərin artımı daha yüksək olub

Palata: Real sektora yönəldilmiş xərclərin artımı daha yüksək olub
# 12 avqust 2022 18:41 (UTC +04:00)

Hesabat dövründə xərclərin funksional sahələr üzrə strukturda sosial sahəyə yönəldilmiş xərclər üstünlük təşkil etsə də, real sektora yönəldilmiş xərclər üzrə artım daha yüksək olub.

APA xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatda əksini tapıb.

Qeyd edilib ki, dövlət büdcəsi xərclərinin funksional sahələr üzrə strukturunun təhlili baxılan dövrdə də sosial sahənin üstünlük təşkil etdiyini, 2 sahə istisna olmaqla, digər sahələr üzrə artımın müşahidə edildiyini, mütləq və nisbi ifadədə ən böyük artımın real sektorun (41,0%) payına düşdüyünü göstərir. Real sektor üzrə xərclərin artımı əsasən tikinti və şəhərsalma üzrə xərclərin artımı ilə əlaqədar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR