Parlamentdə orqan transplantasiyasına dair dinləmə keçirilməsi təklif olunub

Parlamentdə orqan transplantasiyasına dair dinləmə keçirilməsi təklif olunub
# 20 sentyabr 2022 16:09 (UTC +04:00)

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun tətbiqi üçün Səhiyyə Nazirliyində çox ciddi işlər gedir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, böyrək transplantasiyası ilk olaraq birinci dərəcəli qohumdan götürülməlidir: “Get-gedə dializlərin sayı azalmalı, böyrək transplantasiyası edənlərin sayı artmalıdır. Bizdə böyrək, qaraciyər transplantasiyası Avropa ölkələrindən, qardaş Türkiyədən çox geridir. Bu gün bu əməliyyatı edən klinikalarda yüzlərlə yox, minlərlə növbə var. Bu əməliyyatlar üçün hökmən yeni mərkəzlərin yaradılması vacibdir. Bu məsələləri müzakirə etmək üçün Səhiyyə Nazirliyinin, İTSDA-nın və TƏBİB-in nümayəndələrini dəvət edib müzakirələr, dinləmələr keçirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR